Hipofiz vəzinin böyük adenoması olan qadın tam sağlamlığına qovuşdu

Hipofiz vəzinin böyük adenoması səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən qadının əsas şikayəti görmənin kəskin pisləşməsi olub.

Bu barədə RMDM-in həkim-neyrocərrahı Azər Əkbərov məlumat verib: “Pasiyentdə, eyni zamanda, böyük törəmənin hipofiz vəzini sıxması nəticəsində halsızlıq və tez yorulma ilə özünü göstərən hormonal çatışmazlıq da aşkar edilib. Endoskopik əməliyyat olan pasiyentin görməsi bərpa edilib və qadın normal həyata qayıdıb. Son çəkilən kontrol MRT-də törəmə aşkar edilməyib. Hipofiz, görmə sinirləri və ətraf önəmli strukturlar rahat görülüb. Daha bir uğurlu əməliyyat üçün əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, adenomaları əsasən xoşxassəli törəmələr olan hipofiz vəzi vücuddakı bütün endokrin vəzlərin dirijoru kimi çıxış edir, nəzarəti əlində saxlayır, bütün endokrin prosesləri tənzimləyir. Adenomaların əlamətləri görmənin anidən itməsi, çəpgözlüyün yaranması, burnun, ayağın, əlin böyüməsi, süd vəzisindən axıntının olması, menstrual tsiklin pozulması, xüsusi olaraq gövdədə çox piylənmə və sairədir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here