“Hisslərini fırçanla ifadə et” adlı rəsm müsabiqəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mühəndis pedaqoji ve bədii qrafika fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə noyabr ayının 10-dan “Hisslərini fırçanla ifadə et” adlı rəsm müsabiqəsinə start verilir.

Müsabiqənin əsas məqsədi təhsil aldıqları fakültədən asılı olmayaraq istedadlı tələbələri üzə çıxarmaq, onlarda rəssamlıq bacarıqlarını inkişaf etdirmək və bu sahə üzrə məlumatlılığı artırmaqdır.

Müsabiqənin müddəti 20 gündür. Sonda təcrübəli rəssamlardan təşkil olunmuş münsiflər heyəti tərəfindən təqdim olunan əsərlər müvafiq yerlər üzrə qiymətləndiriləcək və qaliblərə ADPU-nun rəhbərliyi, ADPU TGT tərəfindən diplomlar təqdim olunacaq.

Müsabiqədə iştirak qaydaları:
1. Müsabiqədə yalnız Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri (fakültədən asılı olmayaraq) iştitak edə bilərlər.

2. Çəkdiyiniz rəsm əsərinin fotosunu və özünüz haqqında məlumatı (ad, soyad, fakültə, qrup və əlaqə nömrəsi) səhifəmizin inboxuna və ya [email protected] elektron ünvanına göndərirsiz.

3. Müsabiqənin davam etdiyi müddət ərzində göndərdiyiniz foto səhifəmizdə paylaşılır və ən çox bəyənmə toplayan əsərlər qiymətləndirilmək üçün münsiflər heyətinə təqdim olunur.

Seçilmiş əsərlər və müsabiqə haqqında iştirakçılara əlavə məlumatlar veriləcək.

İştirak üçün son tarix: 30 noyabr 2014-cü il

Əlaqə:
Tel: (050) 285-52-79,
E-mail: [email protected]