Hökumət Baş Dövlət Texniki Nəzarət Xidmətinə 19 ədəd minik avtomobili ayrılıb

Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi” qərarına dəyişiklik edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə görə, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) balansından 2 ədəd xidməti minik avtomobili çıxarılıb. Əvəzində KTN yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinə 19 ədəd xidməti minik avtomobili ayrılıb. Onların 2-sinin aparat üzrə, 17-sinin isə ərazi və yerli bölmələr üzrə istismarı nəzərdə tutulub.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here