RESPONSIVE LEADERBOARD AD AREA
İQTİSADİYYAT 2019.11.07 16:26

Hökumət müstəqil ekspertlərin təklifini qəbul edib

29

Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsi layihəsinin hazırlanması zamanı müstəqil ekspertlərin təklifləri də nəzərə alınıb. Belə ki, uzun illər idi, hökumətlə müstəqil ekspertlər arasında polemika mövzularından biri də vergi qanunvericiliyinin pozulması ilə bağlı sanksiyaların proqnozlaşdırılması ətrafında idi.

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, hökumət hər il bu sanksiyalar üzrə büdcəyə gələcək dövr üçün müəyyən bir məbləğ proqnozlaşdırırdı: “Məsələn, 2019-cu il üçün 232 milyon manat proqnoz var. Müstəqil ekspertlərin yanaşması isə bu idi ki, vergi sanksiyalarını proqnozlaşdırmaq 2 baxımdan yanlışdır. Əvvəla, bəlkə növbəti ildə bütün vergi ödəyiciləri qanun pozmayacaq, siz pozacaqlarını necə müəyyən edirsiniz? Ən azı nəzəri baxımdan bu mümkündür. Hətta praktik baxımdan real görünməsə belə, proqnoz üçün məbləği necə müəyyən etmək olar? İkincisi, sanksiya üzrə proqnoz müəyyən etmək o deməkdir ki, hökumət büdcəni tam icra etmək üçün mümkün oldu-olmadı həmin sanksiyanı tətbiq etmək üçün daima yollar və bəhanlər axtarışında olacaq”.

Ekspert hesab edir ki, artıq bu məsələdə konsensus tapıldı demək olar: “2020-ci ilin büdcəsində bu maddə üzrə proqnoz çıxarılıb. Yəni vergi sanksiyalaları üzrə il ərzində büdcəyə faktiki daxil olma nə olacaqsa olacaq. Plan arxasınca qaçmaq qayğısı olmayacaq – ən azından ümid edək”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı