RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.09.22 01:59

Honkonq polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

58

Honkonq polisi bu gün növbəti etiraz aksiyasına çıxan hökumət əleyhdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə Dialoq.info TASS-a istinadən xəbər verir.

Yerli televiziyanın məlumatına görə, metal çubuqlar, sapandlar və lazerlərlə silahlanmış radikal etirazçılar Tun Mun rayonundakı hökumət binası yaxınlığında toplaşıblar. Onlar dövlət bayrağını yandırıblar, əmlaka ziyan vurublar və barrikadalar qurublar.

Polis ayrı-ayrı fəalları saxlayaraq aksiya iştirakçılarını dərhal dağılışmağa çağırıb.

Təhlükəsizlik səbəbilə eyniadlı “Tun Mun” stansiyası, eyni zamanda nümayişlərin gözlənildiyi başqa yerdəki “Yen Lun” stansiyası bağlanılıb.

Qeyd edək ki, Honkonqda kütləvi etirazlar üç aydan çoxdur davam edir. Sentyabrın 4-də yerli administrasiyanın rəhbəri Kerri Lam nümayişçilərin beş tələbindən birini yerinə yetirməyə və cinayətkarların Çinin materik hissəsinə verilməsini təmin edən ekstradisiya haqqında qanun layihəsini tamamilə ləğv etməyə razı olub. Buna baxmayaraq, bir çox gənc müxalifət tərəfdarları aksiyaları davam etdirməyə hazır olduqlarını bildirirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı