RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ 2019.10.06 16:43

Honkonqda polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib

48

Honkonqda polis hökumət binasının qarşısında, həmçinin şəhərin digər hissələrində toplaşan nümayişçi qruplarını dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

“Dialoq.info” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli televiziya canlı yayımda bildirib.

Qeyd edilir ki, on minlərlə gənc bazar günü yenidən küçələrə çıxıb. Onların çoxu yerli administrasiyanın başçısı Kerri Lam tərəfindən cümə günü qoyulmuş qadağaya baxmayaraq üzlərini əvvəlki kimi maska ilə gizlədiblər.

Aksiyaçılar nəqliyyatın hərəkətini bloklayıblar, habelə barrikadalar qurublar. Qeyd edilir ki, bəzi etirazçılar zibil yeşiklərini dağıdıb, vandalizm aktları törədiblər.

Şəhərdə kütləvi qarışıqlıqlara görə bir çox mağazalar, restoranlar, ticarət mərkəzləri və metro stansiyalarının yarısı bağlanıb. Metropoliten administrasiyası bazar günü səhər işini məhdudlaşdırılmış rejimdə yeniləyib.

Küçə etirazlarının bazar ertəsi yenilənəcəyi gözlənilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı