Hümbət İsmayılov – “Ana”

Hümbət İsmayılov – “Ana”

Hümbət İsmayılov

“Ana”

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana

O bir varliq ki uca Rəbbimiz
Bizi xaric etdi ondan tər-təmiz
Ana üçün övladlar gör necə əziz
Olurlar bu sənə gəlməsin qəliz
Bu eşqi Allahdır salan o cana

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana

O Anadir böyüdür öz körpəsini
Kəsib verir ona öz nəfəsini
Qəlbi şad olur duyub səsini
Sanki eşidir eşq nəğməsini
Insan insana bu cür bağlana?..

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana

Səbrinle öyünme sen bir səbr elə
Səbrinə güvənmək çox tezdir hələ
Rəbbimiz buyurur demə of belə
Ana xidmətində hirsi al ələ
Amma bənzəməsin bu iş asana
Çətindir qəzəbin sakit dayana

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana

Qaldır başını dur yatma oyan
Bu qədər rəhməti qəlblərə qoyan
Kimdir səncə,hansısa piyan..?!
Xoş sənə bu sözü düşünüb duyan
Dərk edən Allahı bu sözü qana..
Hər sözdə bir ibrət vardır alana…

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana..