Hüquqşünas tələbələr Avropa Şurasının Azərbaycandakı ofisini ziyarət edib

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İB nəzdində fəaliyyət göstərən və hüquqşünas tələbələrdən ibarət olan “AYNHA görüş klubu” üzvləri Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinə ziyarət təşkil ediblər.
Görüşdə  Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri səfir Zoltan Hernyes tələbələrlə söhbət edib və fəaliyyətləri barədə ətraflı məlumat verib. Uzun müddətdir Azərbaycanda oldugunu, günü-gündən gedən inkişaf, həmçinin hüquq sahəsindəki birgə əməkdaşlıqları barədə tələbələrə məlumat verən səfir onlara seçdikləri peşənin məsuliyyəti barədə də danışıb.
Sonra Vəfa Rövşənova tələbələrə Avropa İnsan Hüquqları məhkəməsi, məhkəmə prosesləri, vəkil və hüquqşünaslarla görülən layihələr barədə məlumat verib. Hal-hazırda hüquq fakültəsi  tələbələri ilə bağlı olan layihədən sualları cavablandıran V. Rövşənova Avropa hüququ və qanunları barədə hazırlanmış kitab və jurnalları tələbələrə təqdim edib.
AYNHA Baş Katibi Ramin Nurəliyev və Klubun sədri Jalə Ağayeva səmimi qonaqpərvərliyinə görə səfir  Zoltan Hernyesə və Vəfa Rövşənovaya təşəkkür edib. Sonda xatirə şəkli çəkilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here