Hüseyn Bağırov Cəlilabadda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Cəlilabadda vətəndaşları qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov mayın 25-də Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, görüş saat 10:00-da Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Cəlilabad şəhəri, Cavadxan küçəsi, 15, əlaqə telefonları: 050-572-82-82, 050-407-45-54, 025-24-5-27-93) xahiş olunur.

AZƏRTAC