RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.09.11 16:37

İƏT İsrailə görə təcili iclas çağırır

33

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclası keçiriləcək.

Report xəbər verir ki, buna səbəb İsrailin baş naziri Benyamin Netanyahunun İordan vadisi və Ölü dənizin şimalında suveren hüquqlarını bərqərar edəcəkləri barədə verdiyi açıqlamadır.

Səudiyyə Ərəbistanının müraciətinə əsasən İsrailin “təcavüzkar mövqeyinə qarşı islam dövlətlərinin səylərini birləşdirmək” üçün belə bir görüşün keçiriləcəyi İƏT baş katibi Yusif bin Əhməd Əl-Osaymini tərəfindən təsdiq olunub.

İsrail baş nazirinin bu bəyanatını qəti şəkildə pisləyən İƏT onu “Fələstin xalqının hüquqlarına qarşı növbəti hücum, BMT-nin Nizamnaməsinin və müvafiq qətnamələrinin, habelə beynəlxalq hüquq normalarının pozulması” olaraq dəyərləndirir.

Qeyd edək ki, Qərbi Sahil ərazisinin 30 faizini təşkil edən adıçəkilən bölgədə hazırda 65 minədək fələstinli və 11 minədək israillinin yaşadığı bildirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı