“I can – Mən Bacarıram” adlı istedadlı və kreativ gənclər...

“I can – Mən Bacarıram” adlı istedadlı və kreativ gənclər layihəsini keçirir

“Müasir Gənclər Şəbəkəsi” Ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “I can – Mən Bacarıram” adlı istedadlı və kreativ gənclər layihəsini keçirir.

Layihə koordinatoru Tünzalə Şarayevanın qeyd etdiyinə görə, layihə xüsusi istedadlı və bacarıqları olan yaradıcı gəncləri üzə çıxarmaq və müxtəlif sahələrdə çalışan kreativ gənclər arasında şəbəkə yaradaraq onların tanıdılması üçün geniş informasiyaları özündə cəmləyən məlumat bazasını yaratmaq məqsədini daşıyır.

“I can – Mən Bacarıram” istedadlı və kreativ gənclər layihəsi çərçivəsində hazırlanması nəzərədə tutulan ingilis və Azərbaycan dillərində olan ”WeCan” jurnalı ölkəmizdə gənclərin iştirakı ilə reallaşan layihələri, incəsənət hadisələrini və gənclərin istedad və bacarıqlarını özündə əks etdirən informasiya mənbəyi olacaqdır.

Hazırlanan jurnalda xüsusi istedada malik olan gənlərin fotoqrafiya, dizayn, musiqi, rəssamlıq, idman, ədəbiyyat və s. sahələrdə öz uğurları ilə seçilən gənclər haqqında məlumatlar öz əksini tapıb. Həmin bacarıqlı gənclərin istedadları jurnalda dərc olunaraq gənclərin mədəniyyət və incəsənət sahələrinə daha çox cəlb edilməsi üçün mükəmməl vasitə olacaqdır.

Jurnal çap olunduqdan sonra tezliklə gənc oxuculara və geniş ictimaiyyətə təqdim olunacaq.