İçərişəhərdə Nazim Məmmədovun əsərləri sərgilənir

İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr edilmiş sərgi açılıb.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə reallaşıb. Dekabrın 10-dək davam edəcək sərgidə 30-dək sənət əsəri nümayiş olunur.

Nazim Məmmədovun adı Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan N.Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib. O, rəngkarlıq, qrafika janrı ilə məşğul olmaqla yanaşı, uşaq kitablarına illüstrasiyalar çəkib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here