RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.09.23 14:52

İcbari tibbi sığorta ilə bağlı müzakirə

60

Bu gün “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihənin təqdimatı keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin keçirdiyi tədbirdə birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin tələbə və müəllimləri, KİV-lərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva açaraq bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib. Daha sonra o, icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edənlər (“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Əliyev, “Sağlamlığa xidmət” İctimai Birliyinin sədr müavini Pərvanə Vəliyeva, “İqtisadiyyat və hüquq” İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Eyvazov, Azərbaycan Kooperasiya Universitetinin dosenti Vüsalə Nağıyeva, Azərbaycan milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.f.d., dosent Cəlil Quliyev, “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Pərviz Həsənov, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov) 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışıblar.

Onlar bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığortanın əhəmiyyəti ilə bağlı video çarxı da nümayiş etdirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı