“İçimizdəki Qorxular” seminarı (ödənişsiz)

“Gələcəyə Körpü- Psixologiya Klubunun” bu həftəki seminar mövzusu:”İçimizdəki Qorxular”

-Fobiyalar və onların növləri
-Narsızım
-Frustrasiya nədir?
-Hipnozla Terapiya

İnsan həyatda istədiyinə nail olmadıqda, istədiyi mövqeyə çatmadıqda onda narazılıq hissləri yaranır, lakin bu zaman şüur və fəaliyyət sabit, dəyişməz qalır, pozulmur. Lakin insan elə məqamlarla, elə maneələrlə qarşılaşır ki, bütün bunlar onun arzularını, xəyallarını və istəklərini ürəyində qoyur. Bu zaman yaranmış mənfi emosional psixoloji vəziyyət insanın şüur və fəaliyyətini pozur. İnsanın narazılıq və təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən yüksək olur. İnsan həyatda mənfi qiymətləndirilərkən, onun müqəddəs hesab etdiyi hisslərinə, duyğularına təcavüz olunması, ona qarşı edilən haqsızlıq onda frustrasiya halını gücləndirə bilər. Bunun nəticəsində insanda qəzəb, nifrət, küskünlük, özünü itirmək kimi vəziyyətlər yaranır.

Daha geniş məlumatlar 15 noyabr saat 12:00-da “Gələcəyə Körpü” Psixologiya Klubunda əldə edə bilərsiniz.

Ünvan: Gəncə şəh, Vaqif küç.135. (köhnə şahmat məktəbinin binası)
Tel/fax: +(994 22)2568015,
E-mail: [email protected];