RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

İcmal büdcənin gəlirləri 2,8 mlrd. manat artırılır

57

Yenidən baxılacaq 2017-ci ilin icmal büdcəsinin gəlir və xərclərində müvafiq dəyişikliklər ediləcək. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində qeyd olunub ki, icmal büdcənin gəlirləri 22 mlrd. 840,9 mln. manat olmaqla təsdiq edilmiş göstəriciyə nisbətən 2 mlrd. 820,2 mln. manat və ya 14,1% artacaq. Artımın 2 mlrd. 307 mln. manatını və ya 81,8%-ni Dövlət Neft Fondunun gəlirləri (neftin bir barelinin dövlət büdcəsinin hesablanmalarında istifadə olunmuş qiymətlərin cari ilin ötən 4 ayı ərzində 35%-dən çox artması (40 dollardan 54,3 dollaradək) nəticəsində Fond tərəfindən əldə olunan 2,3 mlrd. manat əlavə gəlirləri, 511 mln. manatını və ya 18,1%-ni dövlət büdcəsinin gəlirləri, 2,1 mln. manatını və ya 0,1%-ni Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri təşkil edəcək.
İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 3,7% və ya 1 mlrd. 51 mln. manat artırılaraq 29 mlrd. 818,2 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 6 mlrd. 977,3 mln. manat olacaq ki, bu da təsdiq olunmuş göstəricilərə nisbətən 1 mlrd. 769,2 mln. manat və ya 20,2 faiz azdır.

İcmal büdcənin kəsirinin gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 10,5% olacaq ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,7 faiz-bənd azdır.

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 17 mlrd. 654,9 mln. manat olmaqla, gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 26,5% təşkil edəcək.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yenidən baxılacaq büdcəsinin gəlir və xərcləri bərabər olaraq 350,6 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci il üçün təsdiq olunmuş göstərici ilə müqayisədə 2,2 mln. manat və ya 0,6% çoxdur.

Xərclərin 20,5%-i və ya 71,7 mln. manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 79,5%-i və ya 278,9 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı