İcra hakimi Bayılda sürüşmə zonasına baxış keçirir

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayılda, Buxta küçəsində sürüşmə baş vermiş əraziyə gəlib.

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here