İDARƏÇİLİK MƏKTƏBİ (Samux rayonu)

Samux rayon Heydər Əliyev Mərkəzində “İDARƏÇİLİK MƏKTƏBİ” adlı idarəçiliyin bütün sahələri üzrə layihəyə başlanmışdır.
Məktəbə dövlət orqanları, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq idarələrinin vəs. rəhbər işçiləri cəlb olunacaqdır. Kursaların istiqamətinin əsas məqsədi idarəçiliyi bütün sahələri üzrə məlumatlılığın artırılması, yeni biliklərin verilməsi, qeyd edilən istiqamətlər üzrə dövlətin həyata keçirdiyi siyasətin elmi əsaslandırılması, dövlət qulluqçuları və digər sahələr üzrə mütəxəssislərlə fikir mübadiləsinin aparılması və.s kimi məqsədləri əhatə edir. Məktəbin ilk dərsləri noyabrın 25-də başlayacaq. Layihənin əhatə etdiyi mövzular geniş eyni zamanda yeni biliklərin əhatə edilməsi ilə səciyyələnir.
Samux rayon Heydər Əliyev Mərkəzinin ” İDARƏÇİLİK MƏKTƏBİ” ni noyabrın 25-dən başlayaraq , hər ay keçiriləçəkdir. Hər ayın sessiyasının sonunda iştirakçılara diplom və vəsiqələr təqdim ediləcəkdir.

“İDARƏÇİLİK MƏKTƏBİ”-də iştirak etmək istəyənlər
https://docs.google.com/forms/d/1dJkyhYbQIWpJNQLo2scWwHKmcD2voSNAoL5-KR_OffQ/viewform

linkində qeydiyyatdan keçə və yaxud da Samux rayon Heydər Əliyev Mərkəzinə qeydiyyat üçün müraciət edə bilərlər.

Yaş məhdudiyyəti yoxdur.
Noyabr sessiyası üçün müraciətlərin son tarixi 20 noyabr 2014-cü il, saat 18:00. Tələsin.