İdarəetmə Sistemləri İnstitutunun alimləri Gürcüstanda keçirilən beynəlxalq tədbirdə məruzə ediblər

8-11 oktyabr 2018-ci il tarixlərində Tbilisi şəhərində “Avropa-Asiya Nəqliyyat Körpüsü” IV Gürcüstan-Polşa beynəlxalq elmi-texniki konfransı keçirilib.

Bolqarıstan, Litva, Gürcüstan, Almaniya, Polşa və digər ölkə alimlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları təmsil ediblər.

Beynəlxalq konfransın oktyabrın 8-də keçirilmiş plenar iclasında İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Qəzaların başlanğıc və inkişaf dinamikasının Noise tənzimlənməsi” mövzusunda məruzə ilə çıxış edib. Alim Noise monitorinq texologiyaları sahəsində institutda əldə ounan nailiyyətlər və onun istehsalata tətbiqi ilə bağlı məlumat verib

Oktyabrın 9-da konfransın nəqliyyat sessiyasında İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiyalar şöbəsinin rəhbəri,texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev “Nəqliyyat və nəqliyyatda baş verən qəzaların inkişaf dinamikasına Noise texnologiyalarının nəzarəti, tikinti və nəqliyyatda istifadəsi” adlı məruzəsini təqdim edib.

Konfransda İdarəetmə Sistemləri İnstitutu bir sıra xarici ölkələrin iştirakı ilə konsorsiumun yaradılması barədə razılıq əldə edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here