‘İdeyanın Fotoya Çevrilişi’ haqqında təlim

Ispaniyadan dəvət olunmuş Gerald Kiernan-in Bakıya bu dəfəki səfərində foto təlimi ‘İdeyanın Fotoya Çevrilişi’ haqqında olacaq.

İki günlük təlim əsnasında tələbələrə özünün Madriddə həyata keçirdiyi Tekstil Firmasının Butik Fasadı ilə bağlı fotoların necə formalaşdığını izah edəcək.

Təlim aşağıdakı başlıqlar altında olacaq;

İdea Haqqında Araşdırma
Dizayn
Studio Foto
Layihənin İcrasının təmin edilməsi
Retuş
Layihənin Sonu

Xatırladırıq ki, 2014-cü ilin Yanvar ayında olan təlimdə Gerald Kiernan “Işıq və Foto” haqqında ümumi təlim vermişdir.

Dialoq.info xəbər verir ki, Gerald Kiernan 1-ci təlimi noyabr ayının12-si saat 16-00 da Bakı Xətai Sənət Mərkəzində təşkil olunacaq ,2-ci təlimin vaxtı ilə baglı məlumat ilk təlimdən sonra veriləcək. İştirak etmək istəyən fotoqraflar [email protected] ünvanına Ad,Soyad və əlaqə nömrəsi göndərə bilər.Ustad dərsi pulsuzdur.Maraqlanan hər kəs dəvətlidir.Əlaqə nömrəsi 055-202-20-40.