RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“İdeyanızın uğurunda ilk addım: Biznes planı necə hazırlamalı?” adlı ÖDƏNİŞSİZ təlim

790

UNIVERSE Education&Consulting Center “İdeyanızın uğurunda ilk addım: Biznes planı necə hazırlamalı?” adlı ÖDƏNİŞSİZ təlim elan edir! Təlimdə iştirak etmək üçün www.uecc.az ünvanında müvafiq şəkildə qeydiyyatdan keçmək lazımdır.

Bir çoxlarımız ara-sıra müxtəlif ideyalarla işə başlamaq istəyirik. İlk anlarda əminliklə bu ideyamızın uğurlu olacağına inanırıq. Emosional olaraq qərarlar qəbul etməyə can atırıq. Lakin bu ideyanın reallaşmasında ilk olaraq nədən başlamalı olduğumuz suallar doğurur. İlk olaraq nədən başlamalı, nələri unutmamalı…ilk addımlarda çətinliklərlə qarşılaşırıq. Əsas maliyyə mənbəyidir, ideyanın reallığıdır yoxsa başqa bir şeylər… İlkin bilikləriniz mövcuddur, lakin bu biliklərin ideyanızın həyata keçirilməsində kifayət etmir? Biznes plan hazırlaya bilirsiniz, lakin hazırladığınız biznes planın investor tərəfindən nə qədər realistik qəbul ediləcəyinə əmin deyilsiniz? Hazırladığınız büdcənin tamlığında əmin deyilsiniz? Biznes planın yekun göstəriciləri olan maliyyə hesablamalarının aparılmasında kifayət qədər bilikləriniz yoxdur? Biznes planın hazırlanması üzrə ilkin biliklərinizi dərinləşdirmək və peşəkar biznes planlar hazırlamaq istəyirsiniz? Bu yolda sizə nələrsə əngəl yaradır? Layihələrin idarə olunması baxımından vaxtınızın idarə olunnmasında problemlərlə qarşılaşırsınız? “İdeyanızın uğurunda ilk addım: Biznes planı necə hazırlamalı?” təlimi Sizin idarəetmə qabiliyyətinizi yüksəldəcək, daha səmərəli işləmək və yüksək keyfiyyətli menecer olmaq üçün hansı bilik, bacarıq və vərdişlərə malik olmaq haqqıda bilikləri verəcəkdir. Təlimdə iştirak etməklə iideyanızı real biznesə çevirmək imkanları, təhlükələrin, risklərin qiymətləndirilməsi meyarları və s. barədə biliklərinizi artıracaq və məhdud vaxt şəraitində daha səmərəli işləmək vərdişləri qazanacaqsınız! Əgər bunlar Sizə maraqlıdırsa, təlimə qoşulun, ideyalarınızı reallığa çevirin.

Təlimin mövzuları:

• Layihələrin idarəedilməsi üzrə ilkin anlayışlar
• İdeyanın biznes plana çevrilməsi üçün ilk addımlar;
• Uğurlu biznes planın hazırlanması
• Biznes planın tərkib elementləri: Nədən başlamalı?
• Layihənin büdcəsinin formalaşdırılması və idarə edilməsi
• Layihələrin keyfiyyətinin, müddətinin və dəyərlərinin idarə olunması
• Layihələrin idarə olunmasında SWOT analiz
• Potensial müştərilərin cəlb edilməsi
• Layihələrin idarə edilməsi üzrə kreativ texnologiyalar
• Layihələrin idarə olunmasına praktiki yanaşmalar

Təlimçi: Faiq Məmmədov

Faiq Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2007-ci ildə Avropa Birliyinin TEMPUS və TACİS layihələri çərçivəsində Fransa, İngiltərədə, o cümlədən 2009-cu ildə Almaniyanın GİZ təşkilatı tərəfindən təşkil olunmuş Menecerlərin Hazırlığı Proqramlarının məzunudur.
2002-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif illərdə Azərbaycan Mərkəzi Bankında, Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondunda, Dünya Bankının layihələrində, “AtaHoldinq” şirkətlər qrupunda, BMT-nin “Azərbaycanda dayanıqlı enerjinin inkişafına dəstək” layihəsində yerli məsləhətçi, Avropa Birliyinin Azərbaycanda Qobustan Poliqonunun treninq xəritəsinin hazırlanması” layihəsində texniki-iqtisadi əsaslandırma üzrə yerli ekspert qismində, o cümlədən 2007-ci ildə Fransada Bernard Crief Consultants şirkətində və 2010-cu ildə Almaniyada Energy Competence GmbH şirkətində dayanıqlı enerji layihələri üzrə fəaliyyət göstərən şirkətlərdə Azərbaycan layihələri üzrə məsul şəxs qismində çalışmışdır.
F.Məmmədov 2014-cü ildən BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNİDO) Resurslardan Səmərəli İstifadə və Təmiz İstehsal Layihəsi (RECP) üzrə milli ekspertidir.
Hazırda “Təmiz Şəhər” ASC-də Layihələrin idarə olunması sektorunun müdiri vəzifəsində çalışır. Digər layihələrlə yanaşı, “Balaxanı Sənaye Parkı” Layihəsi və “İstehsalçının Genişləndirilmiş Məsuliyyəti” layihəsinə məsul şəxsdir.

Təlim azərbaycan dilində keçiriləcək.

Keçirilmə Tarixi: 20.09.2015

Keçirilmə vaxtı: 17:00

Müddət: 2 saat

Əlaqə:

(012) 597-55-30
(070) 497-55-30
[email protected]
[email protected]

Ünvan: Cəfər Cabbarlı 44, Globus Center 11-ci mərtəbə

” Biznesdə ilk addımların uğurlu olması menecerin şəxsi keyfiyyətlərindən çox asılıdır. Uğurlu biznes uğurlu menecerin məhsuludur. Uğurlu menecer olun ki,uğurlu biznes ideyalara və biznes planlara sahib olasınız“

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı