RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

İdmançılarımız vətənə medalla dönüb

198

İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib. Modern.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Oğlanlar arasında Rövşən Əliyev (50 kq), Vüsal İbrahimov (55 kq), Elçin Hüseynov (60 kq) qızıl, Rüfət Məmmədov (50 kq), Yaşar Nəcəfov (55 kq) və Murad Fətiyev (66 kq) bürünc medal qazanıb.

Qızlar arasında isə Şəfəq Həmidova (44 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) bürünc medal qazanıb.

Digər cüdoçumuz Şəhanə Hacıyeva Avropa kubokunda 5-ci olub. Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivində 8 medal yazdıraraq komanda hesabında birinci yerdə gedirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı