İdmançılarımzdan Qarabağa dəstək

İdmançılarımzdan Qarabağa dəstək

Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə Avropa çempionatı keçirilib.

AzVision.az xəbər verir ki, 23 avropa ölkəsindən 500-ə yaxın idmançının qatıldığı Çempionatda Azərbaycan Respublikası Şaolin Döyüş Sənəti Federasiyasının üzvləri də iştirak edib. Oyunun keçirildiyi hər iki gün millimiz üçün uğurlu keçib. Komandamıza ilk qızıl medalı professional döyüşlər üzrə Nizami Mollayev , tao lu döyüşü üzrə isə Tofiq Abışlı qazandırıb.
Beləliklə Nizami Mollayev 1 qızıl, Malik Əliyev 1 qızıl, 1 bürünc, Tofiq Abışlı 2 qızıl, 1 gümüş, Əlibəy Əlizadə 1 qızıl, Fərhad Ədilov 1 qızıl, Turan Qulamzadə 1 qızıl, Emil Mirzıyev 1 qızıl, 1 bürünc, Əzizbəy Qasımov 1 qızıl, Firuz Məmmədov 1 qızıl, Kənan Cəfərli 1 gümüş və Nail Hüseynov 1 qızıl medal qazanıblar.
İdmançılarımız çempionatda ümumilikdə 11 qızıl, 2 gümüş, 2 bürünc medala sahib olublar. Beləliklə Azərbaycan yığması komanda hesabında qızıl medalı sayına görə ilk pillədə qərarlaşıb. Çempionatı izləyənlər arasında Azərbaycan Respublikası Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq əliyev, Federasiyasının professional döyüşlər üzrə baş məşqçisi Ruhin Hüseynov və komandanın kopitanı Malik Əliyev də olub.
Yarışa üzərində Qarabağ yazılmış köynəklərlə çıxan idmançılarımız qələbələrini torpaqlarımız uğrunda həlak olan şəhidlərin ruhuna həsr edib. Millimiz aprelin 21-i vətənə dönəcək.