IFAC-in Bakı konfansının ikinci günü elmi sessiyalarla davam edib

“Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society – ARAS) İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiya Universitetinin birgə təşkilatçılığı və Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (International Federation of Automatic Control (IFAC)dəstəyilə Bakıda keçirilən beynəlxalq konfrans14 sentyabrda elmi sessiyalarla davam edib. Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə18-ci IFACbeynəlxalq konfransı- TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanan tədbirdə gün ərzində üç plenar sessiya, on texniki sessiya keçirilib.

Plenar və texniki sessiyalarda İrlandiyadan LarryStapleton, Yunanıstandan Peter Groumpos, Avstriyadan Edmond Hajrizi, Rusiyadan Sergey Pavelev, Böyük Britaniyadan Gill Karamjit, Küveytdən Muhammad Sarfraz, Azərbaycandan Fikrət Əliyev,Türkiyədən İsmayıl Bögrekçi, Almaniyadan Norbert Jesse və digər alimlərin iştirakı ilə “Modellər və simulyasiya”, “Süni intellekt avtomatikası və robotikanın dayanıqlı inkişaf məqsədlərinə təsiri”, “Sabitliyi qorumaq üçün idarəetmə və avtomatika”, “Mexatronika və robotika”, “Mühitin dayanıqlı inkişafı üçün yeni metodlar və texnoloji üstünlüklər”, “Ağıllı sistemlər və tətbiqetmələr”, “Obyektlərin dizaynı və fiqurların kontrolu”, “Rəqəmsal pozulmanın təşkilati çevikliyə tətbiq edilməsi”, “Optimal sabitlik məsələsinin həlli üçün yaradılmış alqoritm” və s. mövzular ətrafında müzakirələr aparılıb, təqdimatlar keçirilib.

Konfransda elmi müzakirələrlə yanaşı Azərbaycanın ali məktəblərinin və elmi müəssisələrinin nümayəndələri xarici ölkələrin elm və təhsil mərkəzlərinin təmsiçiləriilə əməkdaşlıq etmək barədə razılığa gəliblər.Belə ki, Azərbaycan Texniki Universiteti ilə Avstriyanın Vyana Texniki Universiteti, Yunanıstanın Patras Universiteti ilə Türkiyə ali məktəbləri, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Avropa Biznes və Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi ilə Bolqarıstan ali məktəbləri arasında elm, təhsil, tədqiqat və s. istiqamətlərdə əməkdaşlıq edilməsi razılaşdırılıb.

Sonda konfrans işitrakçılarının şərəfinə Elite Events Hall restoranında ziyafət verilib.

Xatırladaq ki, beynəlxalq elmi konfransın 13 sentyabr tarixindəki açılış mərasimində IFAC-in Azərbaycandakı tərəfdaşı “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society – ARAS) İctimai Birliyinin və konfransın təşkilat komitəsinin sədri, texniki elmlər üzrə elmlər doktoru Bahadur İbrahimov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover, Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek, Vaterford Texnologiya İnstitutunun professoru Larri Stapleton, Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov çıxış ediblər. Konfransın təşkilati dəstəyi “PASHA Travel” şirkəti tərəfindən həyata keçirilir. Tədbirin sponsorları – IFAC-lə yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bundan başqa konfransa yerli səviyyədə Azərbaycan Respublikasının Xarici İşlər və Təhsil nazirlikləri, Bakı Beynəlxalq Limanı, aparıcı ali məktəblər (ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və s.), beynəlxalq səviyyədə isə Avstriya QHT-ləri və universitetləri (məs, Webster universiteti), özəl şirkətlər və s. dəstək verirlər. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS-ın IFAC üzvlüyü (7 iyun 2018-ci il) imkan verəcək ki, bu nüfuzlu federasiyanın tərkibində azərbaycanlı alimlər də beynəlxalq konqreslərdə iştirak və çıxış etsin, səs versin.

12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilmiş, 1978-ci ildən Avstriyanın Luksenburq şəhərində fəaliyyətini davam etdirən IFAC 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik təşkilatını birləşdirir. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd edir. IFAC-in Bakıda ilk və son toplantısı 1980-ci ilin 2-6 aprel tarixlərində ümummilli lider Heydər Əliyevin dəstəyilə baş tutub. 38 ildən sonra yenidən avtomatika və robotika sahəsində tanınmış alimlərin iştirakı ilə keçirilən bu nüfuzlu konfransda beynəlxalq rəyçilər tərəfindən seçilmiş 170 elmi təqdimat 30 texniki və 9 plenar iclasda təqdim edilir. Həmmüəlliflər Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Macarısrtan, İtaliya, Fransa, İrlandiya, İngiltərə və s. kimi 30-dan çox ölkəni təmsil edir. Azərbaycanlı alimlər konfransa 50-yə yaxın məqalə göndəriblər. Sentyabrın 15-dək davam edəcək Azərbaycan konfransından IFAC rəhbərliyinin böyük gözləntisi var.Konfrans barədə ətraflı məlumatı www.tecis18.org saytından əldə etmək mümkündür.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here