IFAC-in üç günlük Bakı konfansının bağlanış mərasimi keçirilib

“Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society – ARAS) İctimai Birliyinin, Avstriyanın Vyana Texnologiya Universitetinin,Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC – International Federation of Automatic Control)Bakıda keçirilən beynəlxalq konfransının15 sentyabrda sonuncu elmi sessiyaları və bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində IFAC-in Azərbaycandakı tərəfdaşı “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və konfransın təşkilat komitəsinin sədri, texniki elmlər üzrə elmlər doktoru Bahadur İbrahimov, IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover, Avstriyanın Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek çıxış ediblər. “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin sədri Bahadur İbrahimov bir neçə ay davam edən təşkilati çalışmalardan sonra Bakıda keçirilən üç günlük konfransın qarşısına qoyduğu məqsədə çatdığını söyləyib. Tədbirə dəstək verdiyi üçün IFAC-ə, Azərbaycanın dövlət qurumlarına və ali məktəblərinə minnətdarlığını bildirən B.İbrahimov 38 ildən sonra IFAC-in konfransının yenidən Bakıda keçirilməsindən qürur hissi duyduğunu vurğulayıb. Frank Allgover, Peter Kopacek konfransın təşkilindən, Azərbaycanın IFAC üzvlüyündən məmnun olduqlarını, azərbaycanlı alimlərin IFAC sıralarında aktiv şəkildə iştirak edəcəklərinə inandıqlarını, Bakıdakı beynəlxalq elmi tədbirin onların gözləntilərini doğrultduğunu bildiriblər. Çıxışçılar bundan sonra Azərbaycanda IFAC-in konfranslarının müntəzəm keçirilməsini səbirsizliklə gözlədiklərini qeyd ediblər. Daha sonra gənc alimlər IFAC tərəfindən mükafatlandırılıblar.
Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı – TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanan tədbirin 15 sentyabrdakı sonuncu günündə 2 plenar sessiya, 10 texniki sessiya keçirilib.Plenar və texniki sessiyalardaAzərbaycandan Manafəddin Namazov, Abbas Əlili, Nərmin Rzayeva, Yunanıstandan Bountis Anastasios,Türkiyədən Çingiz Hacıyev, Avstriyadan Valmir Hoxha, Bolqarıstandan İvan Simeonov, Fransanda Sorin Olaru və digər alimlərin iştirakı ilə “Ürək fəaliyyətində dəyişikliklərin spektral səs izləmə texnologiyaları”, “İki mərhələli biotexnoloji proseslərin modelləşdirilməsi və ekstrimal tədqiqat idarəetməsi”, “Biotibbi texnologiyalar sistemi”, “Mürəkkəb idarəetmə texnologiyaları və ağıllı qərar qəbuledici sistemlər”, “Dayanıqlı dizayn və texnoloji idarəetmə”, “Beynəlxalq şirkətlərin sənayesində internet təhlükəsizliyi”, “Avtomatik işıq detektorlu və hesabat verən robotlar”, “Özünü bərpa və dərk edən robotlar” və s. mövzular ətrafında müzakirələr aparılıb, təqdimatlar keçirilib.
Toplantıların sonunda iştirakçılar Bibiheybət Neft-Qazçıxarma İdarəsini, Sumqayıt Texnologiylar Parkını ziyarət ediblər və tətbiq edilən idarəetmə sistemləri üzrə əhəmiyyətli elmi nailiyyətlər barədə ətraflı məlumat alıblar.
Xatırladaq ki, 13 sentyabrda beynəlxalq elmi konfransın açılış mərasimi və elmi sessiyaları, 14 sentyabrda isə elmi sessiyaları keçirilib.Konfransın təşkilati dəstəyi “PASHA Travel” şirkəti tərəfindən həyata keçirilir. Tədbirin sponsorları – IFAC-lə yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Beynəlxalq Limanıdır. Bundan başqa konfransa yerli səviyyədə Azərbaycan Respublikasının Xarici İşlər və Təhsil nazirlikləri, aparıcı ali məktəblər (ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və s.), beynəlxalq səviyyədə isə Avstriya QHT-ləri və universitetləri (məs, Webster universiteti), özəl şirkətlər və s. dəstək verirlər. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS-ın IFAC üzvlüyü (7 iyun 2018-ci il) imkan verəcək ki, bu nüfuzlu federasiyanın tərkibində azərbaycanlı alimlər də beynəlxalq konqreslərdə iştirak və çıxış etsin, səs versin.
12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilmiş, 1978-ci ildən Avstriyanın Luksenburq şəhərində fəaliyyətini davam etdirən IFAC 50 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik təşkilatını birləşdirir. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd edir. IFAC-in Bakıda ilk və son toplantısı 1980-ci ilin 2-6 aprel tarixlərində ümummilli lider Heydər Əliyevin dəstəyilə baş tutub. 38 ildən sonra yenidən avtomatika və robotika sahəsində tanınmış alimlərin iştirakı ilə keçirilən bu nüfuzlu konfransda beynəlxalq rəyçilər tərəfindən seçilmiş 170 elmi təqdimat 30 texniki və 9 plenar iclasda təqdim edilidi. Həmmüəlliflər Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Macarısrtan, İtaliya, Fransa, İrlandiya, İngiltərə və s. kimi 30-dan çox ölkəni təmsil edir. Azərbaycanlı alimlər konfransa 20-dən çox məqalə göndəriblər. Konfrans barədə ətraflı məlumatı www.tecis18.org saytından əldə etmək mümkündür.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here