II Milli Mühasiblər Forumu keçiriləcək

Ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən amillərdən biri də dövlət və özəl sektorda şəffaflığın, hesabatlılığın, uçotun təminində mühasibat uçotunun müasir tələblərə uyğun təşkil olunmasıdır. Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Milli Mühasiblər Forumu Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə hər il Forum keçirir. Tədbirin reallaşmasında əsas məqsəd mühasibləri, sahənin alimlərini, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr toplamağa nail olmaqdır.

Məlum olduğu kimi, artıq 8 aprel 2017-ci ildə Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə olaraq “I Milli Mühasiblər Forumu” keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Qeyd olunan təşkilatçılar 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində “II Milli Mühasiblər Forumu”-nu keçirəcəklər.

Forumda aşağıdakı mövzular üzrə bölmələr təşkil olunacaq:
1. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi;
2. Vergi qanunvericiliyi və mühasibat uçotu;
3. Büdcə və QHT sektorunda uçot və hesabatın təşkili problemləri;
4. Kommersiya qurumlarında uçot və hesabatın problemləri;
5. Mühasibat proqramları təminatında müasir çağırışlar;
6. Təhsil və sertifikasiya;
7. Mühasibat uçotu üzrə karyera və şəxsi inkişaf imkanları;

Keçiriləcək forum çərçivəsində “2018-ci ilin Mühasibat uçotu sahəsində ilin ən yaxşı mühasibat uçotu kitabı, məqaləsi, jurnalı, təlimçisi və proqramı nominasiyalar üzrə müsabiqələr də keçiriləcək. Forumda iştitak üçün qeydiyyat artıq başlamışdır. Maraqlananlar http://www.mmf.az səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here