III Yay Təcrübə Proqramı

Könüllü olaraq peşəkar iş həyatında öz yerini tut!

“III Yay Təcrübə Proqramı”

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi ənənəvi “Yay Təcrübə Proqramı”nı elan edir. İstər dövlət, istərsə də özəl müəssisələrdə hüquqşünas tələbələrin təcrübə qazanmaq imkanları var.

2015-ci ilin Təcrübə Proqramı digərlərindən fərqli olaraq bir sıra yeniliklərlə yadda qalacaqdır:
• Regionlarda yaşayan tələbələrin öz yaşadıqları ərazidə təcrübə qazanmaq imkanı;
• Ali məktəblərdə tədris və imtahanların daha tez bitməsi səbəbi ilə təcrübənin daha uzun müddətli olması;
• Təcrübədə olduqları müəssisələrdə iş tapmaq şansının daha çox olması;
• Təcrübə proqramı ərzində fərdi qəza sığortası ilə təmin olunma.

Bütün bunları nəzərə alaraq biz tələbə hüquqşünasları əməkdaşlığa dəvət edirik. Bunun üçün Siz tələbə bileti, şəxsiyyət vəsiqəsi və CV-nizlə birgə ofisimizə yaxınlaşmalısınız.
Təcrübədə olduğunuz müəssisələrin seçimi aşağıdakı tələblərə uyğun olaraq müəyyənləşdirilir:
• İntizam
• Etik qaydalara riayət
• Kollektivdə işləmək bacarığı
• Təşəbbüskarlıq
• Operativlik
• Təhsil aldığı dövrdə ümumi bal
• Kompyuterdə işləmək bacarığı

Könüllü şəkildə qatılacağınız praktikada Siz bir çox üstünlüklər əldə edə bilərsiniz:
• Tələbəlik müddətində öz CV-nizə təcrübədə olduğunuz yerləri əlavə etmək;
• İş dünyası ilə indidən tanışlıq;
• Gələcəkdə yönələcəyiniz sahə ilə bağlı təsəvvürün formalaşması;
• Peşəkar hüquqşünasların iş həyatı ilə yaxından tanış olmaq;
• İş dəvəti almaq.

Yay Təcrübə Proqramında iştirak etmək istəyənlər əlavə məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər:
Ünvan: İstiqlaliyyət prospekti 57.
Veb səhifə: www.aynha.az
Facebook: https://www.facebook.com/aynha.az
Linkedin: www.linkedin.com/pub/aynha-i̇ctimai-birliyi/7b/558/803/
Twitter: https://twitter.com/a_aynha
E-mail: [email protected]
Tel: +994-124975665

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here