DÜNYA 2020.01.24 16:18

İki yüksək rütbəli zabitə ömürlük həbs cəzası verildi

99

Türkiyənin sabiq Baş Qərargah rəisinin müavini Məhərrəm Kösə dövlət çevrilişinə cəhd ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. 

Xəbəri “Habertürk” telekanalı yayıb.

M.Kösə ilə bərabər, Türkiyə Baş Qərargah idarəsinin daha bir əməkdaşı Xeyreddin Kaldırımcı da ömürlük həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş yüksək rütbəli hərbçilər 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə günahlandırılırlar. 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı