İkinci Azərbaycan Elm Festivalı çərçivəsində mühazirələr dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında ikinci Azərbaycan Elm Festivalı çərçivəsində mühazirələr təşkil edilib.

Müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Müasir dövrdə molekulyar biologiya, biofizika, biotexnologiya, tibbin innovasiya və etika problemləri” mövzusunda mühazirə oxuyub.

Sonra “Alp-Himalay seysmik qurşağının geodinamik prosesləri” və digər mövzularda mühazirələr dinlənilib, müzakirələr aparılıb.

 

azərtac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here