İkinci Azərbaycan Elm Festivalının açılış mərasimi keçirilir

İkinci Azərbaycan Elm Festivalının açılış mərasimi keçirilir.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan festivalda AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və digərləri iştirak edir.

Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də Akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 5-dək Bakı ilə yanaşı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçiriləcək festival AMEA-nın təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Prezident yanında Bilik Fondu, Prezident yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq.

 

 

report.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here