İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri

Paytaxtın ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir.

“İKT savadlılığının artırılması”, “Təhsildə müasir strategiyalar və layihə metodikası” mövzusunda təlimlərə İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmədə iştirak etmiş müəllimlər qatılıb.

İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən təlimlər həftədə üç dəfə keçirilir.

Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi təşkil olunacaq.

Yekun qiymətləndirmənin nəticələrinə əsasən, fənn müəllimləri və ibtidai sinif müəllimlərinə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirmək, təhsilin bütün pillələrində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here