RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik edib

8

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Stevo Pendarovskini təbrik edib.

“Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı