İlham Əliyev turizm bölgəsi ilə bağlı qərar verdi

Prezident İlham Əliyev avqustun 21-də “Qusar rayonunun Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Məlumata görə, iyirmi iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here