“İlin Fotoqrafı – 2014” mükafatlandırma tədbiri keçiriləcək-QEYDİYYAT

“İlin Fotoqrafı – 2014” mükafatlandırma tədbiri keçiriləcək-QEYDİYYAT

Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “İlin Fotoqrafı – 2014” mükafatlandırma tədbirinə hazırılıq mərhələsindədir. Dialoq.info xəbər verir ki, Mükafatlar aşağıdakı nominasiyalar üzrə təqdim ediləcək:
1. İlin Fotoqrafı
2. Qızıl Arqus
3. Gümüş Arqus
4. Bürünc Arqus
5. Press fotoqraf
6. Ümid mükafatı
7. Toy fotoqrafiyası
8. İlin foto layihəsi
9. İlin kuratoru
Nominasiyalar üzrə müsabiqədə iştirak etmək istəyənlər öz yaradıcılıqlarını əks etdirən 30 ədəd fotodan ibarət portfoliyosunu 15 dekabr 2014-cü il tarixindən gec olmayaraq AFB-yə təqdim etməlidirlər. Fotolar uzun tərəfi 1500px olmaq şərtilə JPEG formatda, elektron poçt vasitəsilə ilinfotoqrafi2014@gmail.com ünvanına göndərilməlidir. Fotoların üzərində hec bir loqo, imza və çərçivə olmamalıdır. Bundan əlavə hər bir müəllif fotolarla birlikdə 2014-cü ildə fotoqrafiya sahəsində qazandığı mükafatlar, iştirak etdiyi sərgilər, habelə jurnal və kitablarda dətcləri barədə məlumat da təqdim etməlidir. Təqdim olunmuş bütün fotolara AFB-nin bədii şurasında baxılacaq. Münsiflər heyətinin tərkibi aşağıdakı qaydada müəyyənləşib.
1. Fərid Məmmədov
2. Rüfət Abas
3. Rauf Umudov
4. Emil Ağayev
5. Sevinc Aslanova