İlin sonunadək qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəz ediləcək

Ölkəmizdə 30 modul tipli məktəbin quraşdırılması başa çatıb, 35 məktəbdə isə bu sahədə iş davam etdirilir.

Təhsil Nazirliyindən bildiriblər ki, ilin sonunadək 44 rayonda azkomplektli və qəzalı vəziyyətdə olan 100 kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here