“İlk smestr” Tələbələr üçün Uğur Görüşü keçiriləcək

Beynəlxalq Tələbə Günü münasibətilə
Avropa 2016 Gənclər Paytaxtında “İlk smestr” Tələbələr üçün Uğur Görüşü keçiriləcək

Dialoq.info xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi 17 noyabr Beynəlxalq Tələbə Günü münasibətilə Avropa 2016 Gənclər Paytaxtında 19 noyabr , saat 15:00-da Gəncə Dövlət Universitetinin (II Korpus) Akt zalında “İlk semestr” Tələbələr üçün Uğur Görüşü adlı fərqli məlumat, motivasiya, uğur və fikir axınına təkan olan yeni bir layihəyə start verir.

“İlk semestr” Tələbələr üçün Uğur Görüşü məlumat və kreativ yaradıcılığın qüvvətli bir motivator olduğunu hər kəsə nümayiş etdirərək, tələbələrin uğur yolunda yeni dönəm başladacaq. Görüş Universitet illərində uğur qazanmış gənc insanların, tələbələrin yaradıcı beyninin fikirləri şəkilləndirməsi və daha yaxşı uğur hekayələrini fərqli formada ictimaiyyətə tanıtmağa şərait yaradacaq. Spikerlər tələbəlik dövründə əldə etdikləri uğurları və digər lazımlı informasiyanı ötürə biləcəklər. Tədbir Gəncə şəhərinin bütün Ali Təhsil ocaqlarının tələbələri iştirak edəcəklər.

Beynəlxalq Tələbə Günü münasibətilə Avropa 2016 Gənclər Paytaxtında İlk smestr” Tələbələr üçün Uğur Görüşü haqqında əsas məlumatlar:

Tarix:19 noyabr 2014-cü il
Məkan: Gəncə şəhəri, Gəncə Dövlət Universiteti
Əsas proqram : 10 spiker və rəsmi qonaqlar, xüsusi dəvət olunmuş spikerlər çıxış edəcək.

Spikerlər (hələlik adları açıqlanmır).Sonda çıxışçılar GTM Gəncə Ofisinin uğurlu spikerlərə Fəxri Fərmanı təqdim olunacaq.

Layihənin dəstəkçiləri Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsidir.