İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan kon­­frans keçiriləcək

2019-cu ilin iyun ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tutun­da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsimi: sələflər və xələflər – Orta əsrlər əlyazmaları və Azər­­­baycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII elmi-nəzəri kon­­frans keçiriləcək.

Konfrans Prezident İlham Əliyevin “Böyük Azər­­baycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haq­­qında” 15 noyabr 2018-ci il tarixli Sərəncamı və “Nəsimi ili” çərçivəsində baş tu­ta­caq.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığı, şairin zəngin bə­­dii irsinin tədqiq, təb­liğ və tər­cümə problemləri, Nəsimi ardıcıllarının bə­­dii dünyası, hüru­fi­­lik ideya-fəl­səfi cərəyanı və həmin cərəyanın görkəmli nü­ma­­yəndələrinin söz-sə­nət aləmi ilə bağlı mə­ru­zələr dinləniləcək.

Məruzə tezislərinin hazırlanmasına dair tələblər:

  • Məqalə 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1 interval aralıqla tər­­tib olunmalıdır. Mətn vərəqində hər tərəfdən 2 sm. boşluq olmalıdır;
  • Müvafiq xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, məqalənin ümumi həcmi 3500 sözdən və ya 10 səhifədən artıq olmamalıdır;
  • Məqalənin sonunda ingilis və rus dillərində xülasə olmalıdır. Xü­­la­sə­də müvafiq xa­ri­ci dil­lər­də müəllifin adı və soyadı, onun aşağısında sərlövhə, bir sətir aşa­ğı­da isə icmal mətn əks olunmalıdır. Burada yığcam şəkildə möv­zu­nun ak­tu­al­lı­ğı, el­mi əhəmiyyəti, əldə olunmuş yeniliklər və nəticələr veril­mə­li­dir;
  • Sərlövhə böyük hərflərlə (Caps Lock), tünd rəngdə mərkəzdə yazıl­malı­dır;
  • Məqalə sərlövhəsinin altında müəllifin adı, soyadı, təmsil etdiyi təşkilatın adı, var­sa elmi dərəcəsi və elmi adı, elektron poçt ünvanı göstərilməlidir;
  • İstifadə edilən bütün ədəbiyyat və İnternet resursları məqalənin so­nun­da əlifba sırası ilə düzülməli və mətndəki istinadlar həmin sıraya uyğun nöm­rə­­lən­­mə­li­dir;
  • İstifadə edilən ədəbiyyat siyahısı tərtib edilərkən istinad olunmuş mənbənin bü­tün buraxılış gös­təri­ciləri (müəllif, sərlövhə, nəşr ili və yeri, ümumi səhifə, İn­ter­net ünvanı, DOI və s.) dəqiq əks olunmalı, Azər­bay­can Respublikası Prezidenti ya­­nın­da Ali At­tes­ta­siya Komissiyasının elmi mətnlərdə istinadetmə qaydalarına əməl olun­­ma­lı­dır:
  • Elmi dərəcəsi olmayan müəlliflərin elmi rəhbərinin (və ya elmi rəyçisinin) adı, so­yadı, elmi dərəcəsi (varsa elmi adı), məqalənin sonunda göstərilməlidir;
  • Kon­fransın əsas işçi dili Azərbaycan dilidir. Məruzələrin mətni türk, in­­­­gi­­­lis və rus dillərində də ola bilər.

Əlaqə nömrəsi: (+994 12) 492 31 97

E-mail: [email protected]

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi 26.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here