İmam Hüseyn haqqında dünyanın tanınmış şəxsiyyətlərinin ali fikirləri

Bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Faciəli hadisə Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada baş verib. Bu hadisə təkcə İslam dünyasının deyil, bütün bəşəriyyətin diqqət mərkəzində olub.
İmam Hüseyn haqqında sizə ən maraqlı sitatları təqdim edirik:
Mahatma Qandi

“Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən örnək alıb onun yolu ilə getsin”.

Çarlz Dikkens

“Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Ağıl belə hökm edir ki, O, yalnız İslam yolunda bu fədakarlığı etmişdir”.

Tomas Karleyl 

“Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn və onun silahdaşlarının Allaha necə möhkəm bir imanla bağlanmalarını görürük. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirmişdir”.

Edvard Braun

“Görəsən, elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla, kədərlə dolmasın? Hətta qeyri-müsəlmanlar da İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar.”

Marbini

“Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin şəhadətinə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.”

Moris Dokberi

“Əgər tarixçilərimiz Aşuranın həqiqətini bilib dərk etsəydilər, bu əzadarlığı məcnunluq kimi qiymətləndirməzdilər. Çünki Hüseynin (ə) davamçıları onun vasitəsilə bilirlər ki, xarlıq, əskiklik, istismar və məzlumluq qəbul edilməzdir”.

Doktor İsmail Mücab

Mərhum doktor Hindistanda gördüyü bir hadisədən danışır:

“Hindistandakı bütpərəstlərin bəzilərinin İmam Hüseynə əqidələri olduğundan məhərrəm ayında müsəlmanlar kimi əzadarlıq edib sinə vururdular. Bəziləri belə məclislərə maddi köməklik də göstərirdilər. Bir bütpərəst sağlığında həmişə əzadarlıq məclislərində sinə vururdu. Öləndən sonra öz adətləri üzrə yandırıldı. Od sönəndən sonra gördülər ki, onun bədəni külə dönüb, yalnız sağ əli ilə sinəsi yanmayıb. Yaxın qohumları onun sinəsini və əlini gətirib dəfn etdilər və dedilər ki, bunlar sizin Hüseynə aiddir.”

Enter.News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here