İnam Kərimov: Nazirlik sistemində kifayət qədər dəyərli, bacarıqlı və müasir düşüncəli kadrlar var

Kənd Təsərrüfatı Nazirliyindən indiyədək heç kim işdən azad edilməyib.

Bu barədə KİV nümayəndələrinə müsahibəsində kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, nazirlik sistemində kifayət qədər dəyərli, bacarıqlı və müasir düşüncəli kadrlar var. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək.

Regionlara etdiyi səfərlərlə bağlı məlumat verən nazir qeyd edib ki, məqsəd yerlərdə problemləri eşitmək, nazirliyin qarşısında əsas vəzifələrdən biri kimi qoyulan fermer və kəndlilərlə yaxın olmaqdır. Həmin insanların qayğı və problemləri ilə maraqlanmaq, onların problemlərinin həllinə çalışmaqdır.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here