İnam Kərimov yeni quruma direktor təyin etdi

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Green Park Azerbaijan MMC yaradılıb.

Yeni şirkət kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərəcək.

Cəmiyyəti qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı idarə edəcək. Onun fəaliyyətinə rəhbərliyi direktor həyata keçirəcək.

Nazir İnam Kərimovun imzaladığı sərəncama əsasən, Zülfüqar Sadıqbəyli “Green Park Azerbaijan”a direktor təyin olunub.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here