İncəsənət Muzeyinin yeni korpusu açılır

18 may- Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında ölkəmizdə silsilə tədbirlər keçirilir. Bu silsilədə mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən, yeni təmirdən çıxmış korpusunun geniş ictimaiyyət üçün açılış mərasimi təşkil olunacaq.

Eyni zamanda, mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçiriləcək. Saytın sadə, eyni zamanda, zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün layihələndirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here