RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

İndi siz işi deyil, iş sizi axtarıb tapacaq – SALESPRO.AZ

1.2K

SalesPro Azərbaycanda satış sahəsində işləyən və ya işləmək istəyən hər kəs üçün unikal PR və məşğulluq platformasıdır. 

SalesPro vasitəsi ilə artıq siz işi deyil iş sizi axtarıb tapacaq. Satış təmsilçiləri, satış supervayzerləri, satış müdirləri, merçendayzerlər və hətta satış dünyasına yeni qatılmaq istəyən tələbə və digər peşə sahibləri SalesPro profili yaradaraq işəgötürən şirkət, təşkilat və ya investorların birbaşa diqqət mərkəzinə düşə biləcəklər. Beləki platforma işəgötürənlər üçün çox rahatlıqla, yəni heç bir yerdə elan vermədən, anket və sorğular doldurmadan və heç bir yerə getmədən satış mütəxəssislərini tapmağa imkan verir.

İşəgötürənlər öz ehtiyacına uyğun, yəni iş təcrübəsi, təhsili, xarici dil savadı, əvvəlki iş yerləri, minimal əmək haqqı ehtiyacı, avtomobil tələbi, cavabdeh olduğu bölgə və s. kimi çoxsaylı kriteriyalara uyğun olaraq platformaya sorğu verir və bunun qarşılığında platformadan istəyə uyğun satış mütəxəssislərinin siyahısı əldə edir və öz tələblərinə daha uyğun hesab etdiyi mütəxəssislərlə birbaşa əlaqə yaradaraq onlara iş təklifini verə bilir. İşəgötürən seçilmiş mütəxəssislərlə email, telefon, skype və ya tərəflər arasında razılaşdırılmış digər vasitə ilə əlaqə yarada bilər.

Əgər istifadəçi öz profilini tam və dəqiq doldurub və davamlı yeniləyərsə onun sorğu nəticələrində önə çıxma şansı dəfələrlə artmış olur. SalesPro istifadəçilər tərəfindən platformaya daxil edilən məlumatların doğruluğu və dəqiqliyinə tam zəmanət verə bilməsə də bu haqda işəgötürənlər tərəfindən gələcək olan şikayətlər əsasında dürüst olmayan istifadəçilərin profilini dərhal blok və ya ləğv etməyi öz üzərinə götürür. İstifadəçi qeydiyyat zamanı öz profil məlumatlarının SalesPro ana səhifəsində görünməməsi seçimini də edə bilər. Bu halda istifadəçinin məlumatları ancaq işəgötürənlər üçün görünən olacaqdır.

Rəsmi sayta keçid: http://salespro.az/

Saytda qeydiyyata keçid: http://salespro.az/register

Rəsmi Facebook səhifəsinə keçid: https://www.facebook.com/SalesProAzerbaijan

sales pro-Bnner

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı