“İnformasiya texnologiyaları, təlim və dəstək şöbəsində baş mütəxəssis” vakansiyası

İcbari Sığorta Bürosu (İSB) “İnformasiya texnologiyaları, təlim və dəstək şöbəsində baş mütəxəssis” vəzifəsinə işə qəbul elan edib. Dialoq.info-un İSB-yə istinadən yaydığı məlumata görə, namizədlər Azərbaycan və rus dillərini yaxşı, ingilis dilini texniki səviyyədə bilməli, “Microsoft Windows” və “Linux” əməliyyat sistemlərində, C#, .NET, Winforms/WPF, SQL Server, XML proqramlaşdırma dillərində işləməyi bacarmalı, “Data structures design”, algoritmlərin yazılması və “object oriented” proqramlaşmadan anlayışı olmalıdır. Kompüter elmləri sahəsində ali təhsil (bakalavr dərəcəsi) və proqram təminatının hazırlanması və dizaynı üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
– İşin avtomatlaşdırılmış idarə edilməsi üçün proqram təminatının yaradılması və mövcud proqramların təkmilləşdirilməsi;
– Elektron informasiya sistemlərinin qurulması, istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmətlə bağlı işlərin həyata keçirilməsi;
– Qurulmuş, istifadədə olan sistemlərin öyrənilməsi, təkmilləşdirilməsi, proqram təminatlarının installyasiya edilməsi;
– Məlumatlar bazasınının idarə edilməsi, monitorinqinin təşkili;
– İnformasiya texnologiyaları infrastrukturunun dizaynı, şəbəkə avadanlıqlarının quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
– İnformasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və məlumatların məxfiliyinin qorunması üçün müvafiq tədbirlərin görülməsi;
– İnformasiya resurslarının idarə edilməsinə nəzarət edilməsi və s.
Maraqlananlar öz CV-lərini noyabrın 27-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun Mövzu bölməsində vəzifənin adı mütləq qeyd olunmalıdır.