İNFORMATIKA LAYİHƏ OLİMPİADASI

 

BU İL VIII-Sİ KEÇİRİLƏCƏK OLAN İNFORMATIKA LAYİHƏ OLİMPİADASI ORTA MƏKTƏB ŞAGİRDLƏRİNİN İKT SAHƏSİNDƏ BİLİK VƏ BACARIQLARININ İNKİŞAFINA YÖNƏLDİLMİŞ LAYIHƏ YARIŞIDIR. MƏQSƏDİMİZ ORTA MƏKTƏB ŞAGİRDLƏRİNİN BU SAHƏDƏ XƏYAL GÜCLƏRİNİ VƏ MARAQLARINI ARTIRMAQ, NƏZƏRİ BİLİKLƏRİNIN BACARIQLARI İLƏ NÜMAYİŞ ETDİRİLMƏSİNİ TƏMİN EDƏRƏK TƏCRÜBƏ QAZANMALARINA TƏKAN VERMƏK VƏ İNKİŞAF ETMƏKDƏ OLAN AZƏRBAYCANIN GƏLƏCƏYİ ÜÇÜN İKT SAHƏSİ ÜZRƏ GÜCLÜ MÜTƏXƏSSİSLƏRİN YETİŞMƏSİNƏ İMKAN YARATMAQDIR.

Qaydalar:

1. Yarışda yalnız orta məktəb şagirdləri iştirak edə bilər.
2. Yarışda yalnız 10 Aprel 2015-ci il tarixə qədər online qeydiyyatdan keçənlər iştirak edə bilər.Qeydiyyatdan keçdikdən sonra əsas menyudan HESABIM bölməsinə girərək, tələb olunan bütün məlumatların doldurulması lazımdır. PROFİLİM bölməsi qeydiyyat tarixi bitənə qədər aktiv olacaq və istənilən dəyişikliyi edə biləcəksiniz.
3. Veb səhifə, Animasiya, Proqramçılıq və Robot kateqoriyalarından tək və ya qrup şəklində (2 nəfərdən artıq olmamaq şərtilə) iştirak edə bilərsiniz. Qısa film kateqoriyasından komanda şəklində (5 nəfərdən artıq olmamaq şərtilə) qatıla bilərsiniz
4. İstər tək, istərsə də qrup şəklində hazırlanan və qalib gələn layihəyə bir mükafat və bir medal veriləcək.
5. Qrupda iştirak edəcək şagirdlər eyni kateqoriyadan olmaq şərtilə fərqli məktəblərdən ola bilərlər.
6. Layihələr yalnız qatılan şəxsin ( və ya şəxslərin) iştirakı ilə hazırlanmış olmalıdır.
7. Layihələrdə qanunlara zidd, siyasi mövzulara, həddən artıq şiddətə, ədəbsiz, 18+ mövzulara, tənqidə, təhqirə, hər hansı bir şəxsiyyətin alçaldılmasına yer verilməməlidir.
8. Bütün kateqoriyalardan istənilən mövzuda layihə hazırlaya bilərsiniz.
9. Animasiya və Qısa Film 5 dəqiqə dən çox olmamalıdır. (Əvvəlki illərdə 10 dəqiqə olması sizi çaşdırmasın!)
10. Finala seçilən layihələr 15 Aprel 2015-ci il tarixində yarışın internet səhifəsində elan olunacaq. Finala qalan iştirakçılar finalçılar elan edildikdən sonra www.ilo.az-da veriləcək ölçüdə poster hazırlamalı və çap etdirməlidirlər.
11. Layihələr www.ilo.az-da hər kateqoriya haqqında məlumatların verildiyi səhifədə göstərilən kriteriyalar üzrə qiymətləndiriləcək. Layihə qiymətləndirilərkən stendin dizaynı da hesablanır. Ona görə də stendinizi bəzəyərək yoxlayanların zövqünü oxşamaq sizə qalır.
12. Finala seçilən layihələr 25 Aprel 2015-ci il saat 08.00-da QAFQAZ UNİVERSİTETİNƏ gələrək təqdimat lövhələrini (stend) qurmalıdırlar. Təqdimat lövhəsində yarışı ziyarət edən insanların layihəniz haqqında məlumata sahib ola biləcəyi məlumatları əks etdirməlisiniz
13. Finala qalan layihələrin qiymətləndirilməsi 25 Aprel 2015-ci il saat 10.00-da başlayacaq.
14. Layihəsi finala qalan şagirdlər
a) layihənin özü + iştirakçıların şəkilləri DVD-yə yüklənmiş halda
b) layihəyə aid bütün faylların və layihəni hazırladığı proqramların yüklənmiş olduğu kompyuteri
d) çap olunmuş posteri ( + posteri yapışdırmaq üçün ləvazimatlar)  gətirməlidirlər.
15. Yarış haqqında məlumatları və xəbərləri facebook.com/informatika.layihe.olimpiadasi və www.ilo.az səhifəsindən təqib edə bilərsiniz.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here