İnformatika müəllimləri üçün növbəti seminar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin İnformatika müəllimləri üçün növbəti seminar keçirilib. İdarənin Mətbuat xidmətindən verilən xəbərə görə, “Alqoritmləşmə və proqramlaşdırmanın aktual problemləri” mövzusunda seminar Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “Addım” layihəsi çərçivəsində təşkil edilib.

Seminarın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarının artırılmasına, yeni texnologiyalarla tanış olmalarına və dərsləri daha peşəkar təşkil etməsinə kömək göstərməkdən ibarətdir.

3 gün davam edən seminarda müzakirəni TDM-in metodisti Abdulla Qəhrəmanov aparıb.

Alqoritmləşmə və proqramlaşdırmaya dair seminarların növbəti aylarda da keçirilməsi planlaşdırılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here