RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

” İnfrastruktur layihələrin daha effektiv idarə edilməsi” – seminar

457

13 may saat 15:00-da “Ultra Technologies” şirkəti sərgi çərçivəsində “İnfrastruktur layihələrin daha effektiv idarə edilməsi” mövzusunda (Bakı Ekspo mərkəzininin seminar zalı №21) seminar keçirəcək. Seminarın keçirilməsində əsas məqsəd xətti tikinti (linear projects) sektorunun iş prosesinin, yol-infrastruktur layihələrdə maliyyə vəsaitləri axınının daha effektiv idarə edilməsi, yeni texnologiyaların tətbiqi, cədvəlqurma texnikalarından istifadə edərək layihə uğurlarının artırılmasıdır.

Seminarda dünya təcrübəsində geniş istifadə olunan xətti tikinti və infrastruktur layihələrinin idarə edilməsi üçün nəzərdə tutulmuş – “zaman – məsafə planlaşdırma” əsaslı TİLOS proqram təminatı nümayiş etdiriləcək. TİLOS – infrasktruktur layihələri texnologiyasının (yol, tunel, boru-xətti, ötürmə xəttlərinin və s.) “zaman-məsafə” diaqramlarını tərtib etmək üçün nəzərdə tutulan qrafik interfeysə malikdir. TİLOS qrafikləri, həmçinin, iş fəaliyyəti, resurslar və məhsuldarlıq profilləri kimi verilənləri idxal etməyə və məsafə oxu ilə sinxronlaşdırmaya imkan yaradaraq planlaşdırma səhvlərini də aradan qaldırır. Seminarda iştirak etmək üçün qeydiyyat vacibdir.

Qeydiyyat üçün link: http://seminar.ultra.az/tilos

Giriş sərbəstdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı