İngilis dilində yeni dərslik

Xəzər Universitetinin müəllimi Ziyad Əmrahovun ingilis dilində dərsliyi işıq üzü görüb. Dialoq.info-nun verdiyi məlumata görə dərslikdə mənbəşünaslıq elminin tarix elminin bir sahəsi kimi meydana çıxması və onun inkişaf mərhələlərini, eləcə də Azərbaycan tarixinin ən qədim dövründən XIX əsr tarixi dövrünə qədər olan mənbələrini əhatə edir. Kitabda Azərbaycan tarixinin ən qədim dövrünə aid mənbələr və onların xüsusiyyətləri, Azərbaycan tarixinin antik dövrünə aid mənbələri, erkən orta əsr erməni müəlliflərinin əsərləri, yerli alban mənbələri, ərəb mənbələri, türkdilli mənbələr, Azərbaycan tarixinə aid XI-XV əsr mənbələri, Səfəvilər dövrünə aid mənbələr, Azərbaycan xanlıqlar dövrü mənbələri, qanunvericilik aktlarının mənbə kimi xüsusiyyətlərinə diqqət yetirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here