“İngilis dilini niyə öyrənə bilmirəm?” adlı seminar (Ödənişsiz)

“İngilis dilini niyə öyrənə bilmirəm?” adlı seminar!

Tarix: 8.11.2014
Saat: 11:00
Ünvan: İçərişəhər m. İstiqlaliyyət küç. 33, döngə 5, Vision Təhsil Mərkəzi

Dünyada ən geniş yayılmış İngilis dilini öyrənmək istədiyi halda öyrənə bilməyənlər üçün pulsuz metodik və praktiki seminar!
Seminarda toxunulacaq başlıca mövzular aşağıdakılardır:

1. İngilis dilini öyrənə bilməməyin başlıca səbəbləri;
2. Tələb olunan motivasiyanı necə əldə etmək olar?
3. İngilis dilini öyrənmək üçün tələb olunan düzgün metodlar;
4. Yeni sözləri ən asan yolla öyrənmək;
5. İngiliscə videonu və mahnını necə başa düşmək olar?

Dialoq.info xəbər verir ki, seminarda arzu edən hər kəs iştirak edə bilər. İştirak üçün heç bir məbləğ tələb olunmur. Lakin siz verilmiş nömrələrə zəng edərək, iştirakınızı təsdiqləməlisiniz.
Qeydiyyat üçün: (012) 492 76 96 və (050) 494 32 32