İDMAN 2019.12.06 11:20

İngiltərə Premyer Liqasında gözlənilən istefa gerçəkləşib

19

İngiltərə Premyer Liqasında gözlənilən istefa gerçəkləşib.

“Everton” klubunun rəhbərliyi bir müddətdir istefası gündəmdə olan Marku Silvanı vəzifəsindən kənarlaşdırıb.

Buna komandanın Premyer Liqadakı uğursuz çıxışı səbəb olub. XV turda “Liverpul”a 2:5 hesabı ilə uduzan “Everton” 14 xalla 18-ci pillədə qərarlaşıb.

M.Silvanın istefaya göndərilməsindən sonra komandaya müvəqqəti Dankan Ferqyuson başçılıq edəcək. O, “Everton”u “Çelsi” ilə dekabrın 7-dəki matça çıxaracaq.

Qeyd edək ki, M.Silva 2018-ci ilin yayından liverpulluların baş məşqçisi idi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı