“İnklüzif təhsil: reallıqlar və miflər” mövzusunda seminar keçiriləcək

“İnklüzif təhsil: reallıqlar və miflər” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda 28 sentyabr 2016-cı il tarixində “İnklüzif təhsil: reallıqlar və miflər” mövzusunda seminar keçiriləcək

İnstitutdan diaqloq.infoya  bildiriblər ki, seminarın əsas məqsədi inküziv təhsil haqqında ictimaiyyət arasında yaranmış bəzi şübhə və yanlış fikirləri aradan qaldırmaq, dünya təcrübəsinə istinad edərək inklüziv təhsilin real mahiyyəti haqqında məlumat verməkdir.

Bir çox hallarda belə hesab olunur ki, inklüziv təhsil əsas etibarilə müxtəlif dərəcəli əqli və fiziki qüsurları olan uşaqlar üçündür. Lakin daha geniş kontekstdə inklüziv təhsil bütün uşaqların fəal təlim mühitində iştirakını təmin etmək məqsədi güdür. Seminarda mövzu ətrafında müzakirə aparılacaq, arzu və təkliflər öyrəniləcək.