RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.08.13 17:37

İnsan alveri ilə məşğul olan 4 nəfər axtarışa verilib

67

İnsan alveri cinayət əməllərinə görə 2019-cu ilin birinci yarımilində 4 nəfər haqqında axtarış elan edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, axtarışda olan təqsirləndirilən şəxslərdən 3-ü əcnəbi, 1-i isə Azərbaycan Respublikasının vətəndaşıdır.

Ceyranlı Fərman Cahan oğlu – 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Gursen Tarkan – 23.12.1971-ci ildə anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

Solun Dogan – 01.01.1992-ci ildə anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan seçilib.

Taheri Mahmoudi Mohsen – 05.11.1962-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı